EN

Putin: Suriya vətəndaşları ölkənin gələcəyini özləri müəyyən etməlidir

Putin:

Rusiya Prezidenti Vladimir Putin, İranın rəhbəri Məsud Pezeşkian ilə keçirdiyi danışıqlar zamanı bildirib ki, Suriyanın gələcəyini yalnız suriyalılar özləri müəyyən etməlidir. Putinin dediyinə görə, Rusiya Suriyaya yardım etməyə davam edəcək, lakin ölkənin gələcəyini yalnız vətəndaşlar arasında dialoq yolu ilə müəyyən etmək lazımdır."Biz Suriyalı xalqa vəziyyətin normallaşması, təcili humanitar yardımların göstərilməsi və tammiqyaslı post-konflikt bərpasının başlanması məsələlərində zəruri dəstəyi verməyə hazırıq", — deyə prezident bildirib.O, Suriyanın indiki böhranı aşacağına ümid etdiyini və Suriyalı xalqa bu dövrdə yaranan bütün çətinlikləri dəf etməyə kömək olacağını dilə gətirib.Putin həmçinin qeyd edib ki, Rusiya əvvəlki kimi, Suriyadakı vəziyyətin kompleks həllinə, onun suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət əsasında yanaşır.Səidə Mustafa

Diqqət Çəkənlər

Kreml: Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanib

İran Prezidenti Məsud Pezeşkian Moskvada rəsmi səfərdədir

Bakıda Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir

Chosen
7
ulusum.az

1Sources