2024-cü ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 77,5 milyard manat olub.
Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,9 % artıb, ümumi dəyərin 80,3 %-ini pərakəndə ticarət dövriyyəsi, 16,6 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 4,8 % artaraq 74,4 milyard manata bərabər olub, onun 48,6 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ilində bir istehlakçı orta hesabla ayda 632,7 manat və ya 2023-cü illə müqayisədə nominal ifadədə 38,1 manat çox vəsait xərcləyib.
Bizim.Media