EN

Narin Güranın qatillərinin ayrı-ayrı həbsxanada cəza çəkmələri üçün MÜRACİƏT olunub

Türkiyənin Diyarbəkir şəhərində amansızcasına qətlə yetirilən 8 yaşlı Narin Güranın qatillərinin ayrı-ayrı həbsxanaya yerləşdirilməsi üçün müraciət olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, "cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə" maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Nevzat Bahtiyarın vəkili Ali Eryılmaz Ədliyyə Nazirliyinə müraciət edib. O, Narin hadisəsində ömürlük cəzaya məhkum edilən Narinin anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Salim Güranın müxtəlif həbsxanalarda cəzalarını çəkməsini xahiş edib.
 

Xatırladaq ki, bir az əvvəl yekunlaşan məhkəmədə Yüksel Güran (Narinin anası), Enes Güran (qardaşı) və Salim Güranı (əmisi) Türkiyə Cəza Məcəlləsinin müvafiq maddələri ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.


Təqsirləndirilən sonuncu şəxs Nevzat Bahtiyar isə " 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı.

Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.

İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran törədildiyi məlum olur. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

Bizim.Media

Chosen
3
6
bizim.media

7Sources