EN

Dəvə gözəllik festivalında botoks qalmaqalı

Dəvə gözəllik, dəvə qaçış yarışları, mədəniyyət sərgilərini əhatə edən Dəvə Festivalı bölgənin ən yaxşı dəvələrinin gəlib yarışdığı bir tədbirdir.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, festivalda dəvələr fiziki görünüşünə, rənginə və ümumi sağlamlığına görə qiymətləndirilir.
 

Bundan əlavə, festival zamanı dəvələrin sürətini və çevikliyini yoxlamaq üçün bəzi yarışlar keçirilir.


Lakin 2025-ci ildə keçirilən festivalda 40 dəvə botoks və digər kosmetik müdaxilələr səbəbi ilə yarışdan kənarlaşdırılıb.

Hər il minlərlə ziyarətçini qəbul edən və Səudiyyə Ərəbistanının mədəni irsinə töhfə verən bu tədbir diqqət çəkir. Amma bu il bəzi iştirakçıların dəvələrinə botoks, süni dolğular vurduqları ortaya çıxandan sonra festivalın reputasiyası zədələnib. Səlahiyyətlilər bu müdaxilələrin yarışmanın etik qaydalarına zidd olduğunu bildirib və sərt tədbirlər görüblər.

Festival təşkilatçıları bu cür pozuntuların qarşısını almaq üçün geniş baytarlıq yoxlamaları aparıblar. Mütəxəssis qruplar tərəfindən aparılan müayinələrdə estetik məqsədlə botoks, dolgu kimi tətbiqlərə məruz qalmış dəvələr aşkar edilib və yarışdan kənarlaşdırılıb.

Festival rəsmiləri bu cür müdaxilələrin heyvanların rifahına zərər verdiyini vurğulayaraq, etik dəyərləri qoruyacaqlarına söz veriblər. "Dəvə gözəllik müsabiqələri bu heyvanların təbii gözəlliyini qeyd etmək üçün keçirilir", - təşkilat komitəsinin bəyanatında deyilir. "Süni müdaxilələr həm qaydaların pozulmasıdır, həm də heyvanlara zərər verir", - deyə məlumatda bildirilir.

Bizim.Media

Chosen
2
1
bizim.media

2Sources