“Yuventus” “Milan”dan icarəyə götürdüyü Pyer Kalulunun transfer hüquqlarını almaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisi 24 yaşlı müdafiəçi üçün 14+3 milyon avro ödəməyə hazırdır.
Kalulu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi bu mövsüm 25 oyunda 1 qol vurub.