EN

Fransa qoşunları Seneqaldan bu tarixdə çıxacaq

Seneqal fransız qoşunlarının ölkədən çıxarılmasını 2025-ci ilin yayına planlaşdırıb.

Bizim.Media Seneqalın Dövlət Xəbər Agentliyinə (APS) istinadən xəbər verir ki, Fransa cari ilin yayında bu ölkədə özünün daimi hərbi bazalarını bağlayacaq.

APS-in məlumatına görə, iki ölkənin hakimiyyət orqanları bu tarixə qədər Fransanın bütün hərbi hissələrinin çıxarılmasının həyata keçirilməsi üçün dialoq mərhələsinə başlayıb.

Seneqalın Baş naziri parlamentdəki çıxışında ölkədəki bütün xarici hərbi bazaların tezliklə bağlanacağını elan edərək, bu addımın ölkənin milli suverenliyini gücləndirmək və dövlət siyasətini təşviq etmək istəyinin bir hissəsi olduğunu bildirib.

Qeyd edÉ™k ki, bundan É™vvÉ™l ölkÉ™ prezidenti Bassiru Diomey Fey dÉ™ yaxın vaxtlarda ölkÉ™dÉ™ daha fransız É™sgÉ™rlÉ™rinin olmayacağını bildirmiÅŸdir. “Seneqal müstÉ™qil, suveren ölkÉ™dir vÉ™ suverenlik suveren ölkÉ™dÉ™ hÉ™rbi bazaların olmasını qÉ™bul etmir”, - deyÉ™ Seneqal Prezidenti noyabr ayında fransız mÉ™tbuatında bildirib.
 

Yerli mediaya görə, Seneqalda təxminən 350 hərbiçisinin olduğu 3 Fransa hərbi bazası var. 2011-ci ildə Parislə Dakar arasında imzalanmış müqaviləyə görə rəvan keçidə imkan verən sazişi ləğv etmək üçün altı ay əvvəl xəbərdarlıq edilməlidir.


Xatırladaq ki, Mali, Burkina-Faso və Niger kimi ölkələri tərk etdikdən sonra Fransa bu yaxınlarda Çaddan çıxmağa məcbur oldu və 1966-cı ildə bağlanmış hərbi əməkdaşlıq sazişinin sona çatdığını qeyd etdi. Həmçinin, prezident Alasana Uattara da öz növbəsində ölkəsindəki fransız hərbi bazasının Kot d'İvuarın komandalığına keçəcəyini açıqladı.

Bizim.Media

Chosen
21
5
bizim.media

6Sources