Çinin Çjuhay şəhərinin məhkəməsi keçən il avtomobili izdihamın üzərinə vuran şəxs barəsində ölüm hökmü çıxarıb.
Bu barədə TsTK məlumat yayıb.
“Quanqdonq əyalətinin Çjuhay şəhərinin Aralıq Xalq Məhkəməsi yanvarın 20-də Fan Veyçiuya qarşı ölüm hökmü çıxarıb”, – RİA Novosti xəbər verir.
Qeyd edildiyi kimi, kişi həyat yoldaşından boşanması və əmlak bölgüsü ilə bağlı problemlərinə görə “qəzəbini çıxartmaq” üçün insanlara hücum etmək qərarına gəlib.
Məhkəmə ölüm hökmünü ötən ilin dekabrında çıxarıb.
DOĞRU.AZ