20 Yanvar faciəsinin 35-ci ildönümü Beyləqan rayonunda da qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivi, rayonun bütün idarə, müəssisə və təşkilatının əməkdaşları, hərbçilər, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri Beyləqan rayonunda Şəhidlər abidəsini ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
20 Yanvar faciəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, xalqımız şəhidlərimizin əziz xatirəsinin daim uca tutur və onları həmişə qəlblərində yaşadırlar.