EN

Reper edam cəzasına məhkum edilib

İranda məhkəmə rep ulduzu Tatalonu (Əmir Hüseyn Məqsudla) küfrdə ittiham edərək edam cəzasına məhkum edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ä°ranın "Etemad" qəzeti yazıb.  

"Cinayət işi yenilənib və bu dəfə təqsirləndirilən şəxs peyğəmbəri təhqir etdiyinə görə edam cəzasına məhkum edildi", - nəşr yazır. 

İranın Ali Məhkəməsi artıq 5 il müddətinə azadlıqdan məhrum edilmiş musiqiçinin cəzasının sərtləşdirilməsi ilə bağlı prokurorun vəsatətini təmin edib.

Qazeta.ru-nun yazdığına görə, hökmdən şikayət verilə bilər.

Mürtəza
Ölkə.Az

Chosen
34
paralel.az

1Sources