EN

ABŞ Prezidenti 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

Vaşinqton, 21 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da ABŞ Konqresindəki iğtişaşlarda iştirak etməkdə ittiham olunan şəxsləri əfv edib.

AZƏRTAC-ın məlumatına görə, Ağ evdə Oval ofisdə o, ümumilikdə 1500-ə yaxın müttəhimi əfv edib və 6 nəfərin cəzasını yüngülləşdirib.

Bununla da, prezident dörd il əvvəl seçki məğlubiyyəti ilə barışmayan tərəfdarlarını azad etmək vədini yerinə yetirib.

Qeyd edək ki, 2021-ci il 5–6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Kapitol binasına hücum ediblər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
11
50
azertag.az

10Sources