EN

Citynet-dən şikayət: “1 dəqiqəyə qoşursuz, söndürəndə Mingəçevirə gedirsiniz?”

Elman Paşasoy adlı vətəndaş Citynet şirkətindən şikayətçidir. AzPost bildirir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb. Bildirib ki, bir neçə gün öncə istifadəsində olan İPTV-nin ləğv edilməsi üçün müraciət edib.

Lakin şirkət vətəndaşın müraciətinə baxmayıb və 3 gün sonra ona xidmət haqqının ödənməsi tələbi ilə SMS məlumat göndərilib. Vətəndaş bildirir ki, aidiyyəti üzrə şirkətin qaynar xəttinə zəng edərək şikayətini bildirib.

Qeyd edib ki, ləğv edilməsini tələb etdiyi xidmətə görə ondan abunə haqqı alınması qanunsuzdur. Lakin şirkətdən bildirilib ki, cihaz vətəndaşın müraciət etdiyi gündən 5 gün ərzində geri götürülmədiyi üçün system avtomatik olaraq ona SMS bildiriş göndərib. Vətəndaş deyir ki, Citynet rəsmisindən qeyd olunan xidməti söndürməyi xahiş edib.

Lakin bildirilib ki, bu mümkün deyil. “Niyə? Qoşanda 1 dəqiqəyə qoşursunuz, söndürəndə Mingəçevirə gedirsiniz” – deyə vətəndaş şikatəyində qeyd edib.

Chosen
4
1
azpost.info

2Sources