EN

Hakimiyyətin ilk günündə Trampı məhkəməyə verdilər

Bakı. Trend:

Amerikanın bir sıra hüquq müdafiə təşkilatları yeni prezidentDonald Trampın ölkə hüdudlarında doğulan uşaqlara ABŞvətəndaşlığının verilməsi siyasətinə məhdudiyyətlərin qoyulması iləbağlı qərarından Nyu Hempşir ştatının məhkəməsinə müraciətedib.

Trend xəbər verirki, bu barədə Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı(ACLU) bəyanat yayıb.

“Mühacirlərin hüquqlarını müdafiə edənlər bu gün, Trampadministrasiyasının Birləşmiş Ştatlarda dünyaya gələn (mühacirailələrindən olan) körpələrin ölkə vətəndaşlığından məhrumedilməsini nəzərdə tutan fərmanına qarşı məhkəməyə şikayət ərizəsitəqdim edib”, - deyə ACLU bildirib.

Təşkilatın bildirdiyinə görə, Trampın fərmanı təkcəkonstitusiyaya zidd deyil, o həm də Amerika dəyərlərindəndüşüncəsiz və amansız şəkildə imtinadır.

“Doğum hüququ əsasında vətəndaşlığın verilməsi BirləşmişŞtatların qüdrətinin və dinamikliyinin ayrılmaz hissədir. Biz yenidoğulan körpələrə və amerikalıların gələcək nəsillərinə hədəflənənbu hücumları cavabsız qoymayacağıq”, deyə ittifaqın başçısı EntoniRomero bildirib.

Məqalədə:
Chosen
13
az.trend.az

1Sources