Dünya bazarında çay ucuzlaşıb.
Dekabr ayında çayın 1 kiloqramının qiyməti 3 dollar olub. Bu isə əvvəlki ayla müqayisədə 4.2% ucuzlaşma deməkdir.
AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb.
Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.
2024-cü ilin dekabr ayında şəkərin dünya bazarında 1 kiloqramının qiyməti 44 sent olub. Bu isə əvvəlki aya nisbətən 2.2% azalma deməkdir.