Dünya bazarında buğda neçəyədir?
Ötən ilin dekabrında dünya bazarında buğdanın 1 tonunun qiyməti 229 dollar olub.
AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb.
Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.
Dünya bazarında Rusiya buğdasının ixrac qiyməti dekabr ayında əvvəlki aya nisbətən 2.4% artaraq 234 ABŞ dolları/ton təşkil edib.
Qlobal buğda ehtiyatları həcminin 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 259 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Dünya buğda ticarətinin isə 2024/2025-ci məhsul ilində 4% azalaraq 212 milyon ton olacağı proqnozlaşdırılır.
Çində isə ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.