EN

"Sussalar, daha yaxşı olar" - Simonyan Bakıdakı ermənilərdən danışdı

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıda Qarabağın işğalında onun yüksək rütbəli rəhbərliyinin məhkəmə prosesindən danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Simonyan jurnalistin məhkəməni izləyirsinizmi və reaksiyanız necədir sualına belə cavab verib :"Biz izləyirik, nə baş verdiyini görürük. Ancaq reaksiya verəcək bir şey yoxdur. Nə baş verdiyi göz qabağındadır. Çox kədərlidir...

Mən Qarabağın keçmiş rəsmilərinin açıqlamalarını izləməmişəm və hesab edirəm ki, imkan daxilində bu işə qarışmasalar, sussalar, daha yaxşı olar. Nə qədər müdaxilə etdiklərinin nəticəsini gördük. Düşünürəm ki, düzgün olan onların susmasıdır".

Ağarza Elçinoğlu 

Chosen
11
50
unikal.az

10Sources