EN

NASA peykləri Xəzərdə “Xəyal Adası”nı görüntülədi – ÖZƏL

NASA peykləri Xəzər dənizində, Azərbaycanın yaxınlığında yerləşən və "xəyal adası" adlandırılan müvəqqəti torpaq massivini görüntüləyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Sciencealert nəşri məlumat yayıb.

Alimlər adanın yaranmasını Xəzər dənizindəki palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər.

"Müvəqqəti torpaq massivi ilk dəfə 1861-ci ilin may ayında sənədləşdirilib. Lakin bir ildən sonra ada yoxa çıxıb," - deyə məqalədə bildirilir.

Məlumata görə, XX əsr boyunca ada təxminən altı dəfə suyun səthində yaranıb və yoxa çıxıb. Adanın son dəfə üzə çıxması 2023-cü ilin yanvar ayında qeydə alınıb, lakin daha sonrakı peyk görüntülərində yalnız dar torpaq zolağı müşahidə edilib.

NASA-nın Landsat 8 və Landsat 9 peykləri, əvvəllər də adanın yaranmasını və yoxa çıxmasını qeydə almışdı. Tədqiqatçılar bildiriblər ki, adanın ən güclü püskürməsi 1950-ci ildə baş verib. Həmin vaxt adanın eni 700 metrə, hündürlüyü isə 6 metrə çatmışdı.

Alimlər əlavə ediblər ki, palçıq vulkanları yeraltı təzyiqin isti və axıcı maddələri, həmçinin qazları səthə çıxardığı ərazilərdə yaranır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources