Əfqanıstan və ABŞ arasında baş tutan əsir mübadiləsində ABŞ-da saxlanılan və Taliban tərəfindən saxlanılan Amerika vətəndaşları azad edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşma çərçivəsində baş tutan mübadilə ABŞ-də ömürlük həbs cəzası çəkən Xan Məhəmmədin ölkəsinə qaytarılması ilə də nəticələnib.
Bunu Taliban hərəkatı da təsdiqləyib.
Belə ki, Xan Məhəmməd ABŞ-də saxlanılan əfqan döyüşçüdür.
O, 2008-ci ildə narkotik və terrorizmə görə iki dəfə ömürlük həbs cəzasına məhkum edilib.
Taliban bu mübadilə prosesini yüksək qiymətləndirib və ABŞ-ylə münasibətlərdə yeni səhifə açmaq arzusunu ifadə edib.
Mikayıl