Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu qaydaları dəyişməkdə məqsəd heç də ölkədə hər hansı bir mal və məhsulun qiymətinin ucuzlaşması deyil:
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/8/3/1/b0fd6dc0-2b83-4117-b049-e8dbe682ee7c/akif-nesirli.jpg)
“Bu qaydaların dəyişdirilməsi həmin problemlərin aradan qaldırılmasına yönəlib. Məsələn, ərzaq buğdasının strateji ehtiyat kimi alınması zamanı kifayət qədər şişirdilmələrə yol verilirdi. Bunu da onunla izah edirdilər ki, daha keyfiyyətli, daha çox standartlara uyğun məhsul aldığımıza görə bu məhsullar baha başa gəlir. Amma hər halda hökumət hesab edir ki, bu istiqamətdə müəyyən işlər görmək lazımdır. İndiki qaydalara görə, prosesdə müəyyən neqativ halların aradan qaldırılmasına yönəlik müəyyən tədbirlər görülübdür. Düşünmürəm ki, bu qərarın dəyişdirilməsi, yəni yeni qərarın qəbul edilməsi bu sahədə əyintiləri tamamilə aradan qaldıracaqdır. Ümumiyyətlə, dünyada hökumət pul verib nə isə alırsa, orada mütləq əyinti olur, mütləq korrupsiya olur. Bu, dünyanın ən demokratik, ən inkişaf etmiş ölkələrində də belədir. Ən yaxşısı odur ki, dövlət həmişə belə alışlardan maksimum qaçmalıdır. İqtisadiyyat tənzimləməni elə qurmalıdır ki, hökumət satın almalarına ciddi ehtiyac qalmasın”.
Leyla Turan
Demokrat.az
10Sources
-
sia.azDaşqın Muzeyi su altında qaldı ( 15259575)
-
publika.azDaşqın Muzeyi su altında qaldı ( 15259361)
-
sfera.azDaşqınlar 40 illik rekordu qırdı: Fransanı su basıb - FOTO ( 15104311)
-
oxumeni.azGürcüstan bir neçə saat internetsiz qalıb ( 15095851)
-
bizim.mediaDaşqın 96 nəfərin həyatına SON QOYDU - VİDEO ( 15037069)
-
xezerxeber.azBakı-Quba yolunun bir hissəsi dağılıb VİDEO ( 14994535)
-
sportinfo.azBu gecə metronun iş vaxtı 1 saat uzadılır - “Qarabağ”a görə ( 14994431)
-
far.azİndoneziyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 21-ə çatıb ( 14973309)
-
dogru.azGünəşdə nadir bir hadisə baş verdi – üç saat ərzində müşahidə edilən qara plazma emissiyası. ( 14973305)
-
report.azİndoneziyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 21-ə çatıb ( 14973293)