Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.
Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.
\"Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi dəstək verməyə hazırıq\", - nazir bildirib.
Rusiya ilə Ermənistan arasında əməkdaşlığa toxunan Lavrov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin yüksəlişdə olduğunu deyib.
\"Ticarət dövriyyəsi rekord səviyyəyə çatır, keçən il təxminən 12 milyard dollar təşkil edib\", - o qeyd edib.
///report