EN

“Rusiya beynəlxalq platformalarda Ermənistanın maraqlarını nəzərə almalıdır” - Mirzoyan

“İrəvan beynəlxalq platformalarda həmişə Rusiyanın maraqlarını nəzərə almağa çalışır, mən istərdim ki, Moskva da beynəlxalq platformalarda Ermənistanın maraqlarını nəzərə alsın”.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamamı deyib.

Onun sözlərinə görə, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət ikitərəfli münasibətlərin gündəmindədir və İrəvan bu ənənəni davam etdirməyə çalışır.

Mirzoyan qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq və suverenliyə qarşılıqlı hörmət əsasında inkişaf etdirmək niyyətindədir ki, bu da hər iki ölkənin maraqlarına uyğundur.

“Ermənistan-Rusiya münasibətlərinin mühüm tərkib hissəsi iqtisadi tərəfdaşlıqdır, burada sabit müsbət nəticə var və bu da öz növbəsində ticarət əlaqələrinə müsbət təsir göstərir”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
7
missiya.az

1Sources