EN

Tramp nə qədər rus və ukraynalı hərbçinin öldüyünü açıqladı - ŞOK RƏQƏM

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsində bir milyona yaxın rus və 700 min ukraynalı hərbçinin həlak olduğunu bəyan edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

O qeyd edib ki, ABŞ administrasiyasında bununla bağlı rəqəmlər var: “Bizdə təxminən bir milyona yaxın rus əsgərinin öldürüldüyünə dair rəqəmlər var. 700 minə yaxın Ukrayna əsgəri həlak olub. Rusiya daha böyükdür, onlar daha çox əsgər itiriblər, amma bu, ölkəni idarə etmək yolu deyil”.

ABŞ prezidenti onu da deyib ki, müharibənin uzanması Vladimir Putini heç də yaxşı şəkildə təqdim etmir: “Əksər insanlar bunun təxminən bir həftə davam edəcəyini düşünürdülər və indi bu, üç ildir ki, davam edir”.

Qeyd edək ki, Böyük Britaniya Müdafiə Nazirliyinin yanvarın əvvəlində dərc etdiyi hesablamalara görə, Rusiya müharibə boyu 790 mindən çox ölü və yaralı əsgər itirib. Dekabrın ortalarında NATO-nun Baş katibi Mark Rutte bildirmişdi ki, Ukrayna və Rusiyada müharibə başlayandan bəri yaralı və ölənlərin ümumi sayı 1 milyonu ötüb. Dekabrın əvvəlində Tramp yazmışdı ki, müharibədə təxminən 600 min rus əsgəri ölüb və ya yaralanıb, Ukrayna qüvvələri isə 400 min əsgər itirib.

“AzPolitika.info”

Chosen
8
17
azpolitika.info

10Sources