EN

Bu il sertifikasiya imtahanları gec keçiriləcək? - AÇIQLAMA

2023-cü ilin noyabr ayında növbəti ildə hansı fənn müəllimlərinin sertifikasiyadan keçəcəkləri barədə məlumat verilmişdi. Lakin hələ də builki sertifikasiyanın vaxtı, hansı fənnin sertifikasiya olunacağı və imtahanın hansı formatda keçiriləcəyi ilə bağlı hər hansı açıqlama verilməyib.

 

Əgər müəllimlər hansı fənnin sertifikasiyasının keçiriləcəyindən hələ də xəbərsizlərsə, o zaman necə və nə vaxt hazırlaşacaqlar? İmtahan tarixləridə təxirə salına bilərmi?

 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov AzEdu.az-a açıqlama verib:

 

“Təhsil yerli idarəetmə orqanlarına verilən tapşırıqdan məlum olur ki, bu il tarix, fizika, kimya, coğrafiya, biologiya və informatika müəllimlərinin qeydiyyatı aparılır. Bu, o deməkdir ki, 2025-ci ildə həmin müəllimlərin sertifikasiyası gözlənilir.

 

Lakin çox təəssüf ki, hələ də rəsmi şəkildə sertifikasiya olunacaq fənn müəllimləri barədə açıqlama verilmir. Elan edilməlidir ki, müəllimlər öz üzərlərində işləyə bilsinlər. Sertifikatlaşdırma prosesi 2020-ci ildən başlayıb. İndiyə qədər ibtidai sinif, tədris dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşma prosesi tam yekunlaşıb. 2024-cü ildə isə riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşma prosesi keçirilib. Ötən il uğur qazana bilməyən və ya iştirak edə bilməyən həmin fənn müəllimləri bu il yenidən sertifikasiya olunacaq. Bundan əlavə, tarix, coğrafiya, kimya, fizika, biologiya və informatika müəllimləri üçün ilk dəfə sertifikatlaşdırma prosesi keçiriləcək. Sertifikasiya imtahanının iyun ayında keçirilməsi nəzərdə tutulur".

 

Chosen
8
3
turanpress.com

5Sources