EN

Romen Katambara: "İnsan haqlarından danışan Fransa insanlara hörmət etmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İnsan haqlarından danışan Fransa insanlara - bizə hörmət etmir. Bunun üçün bizə təzminat ödənilməlidir".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən mətbuat konfransında jurnalistlərə cavabında "Ka Ubuntu" hərəkatının sədri Romen Katambara deyib.
O bildirib ki, ilk növbədə onların torpaqları geri qaytarılmalıdır:
"Digər tərəfdən, bizim tariximizin tanınması çox vacibdir. Buna görə də biz tədris proqramı həyata keçirməliyik ki, suveren olmaq istəyən xalqlar öz tarixlərini öyrənsinlər. Biz müstəmləkəçi ölkədən bizdən aldıqlarını geri qaytaracağıq".
Mərahim Nəsib
Chosen
41
50
oxu.az

10Sources