“Heç bir ölkə Qrenlandiyanı belə asanlıqla ələ keçirib özününküləşdirə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib.
“Əlbəttə ki, əgər ölkələr kifayət qədər böyükdürlərsə və hər necə adlanırlarsa adlansınlar, istədiklərini ala biləcək ixtiyara sahib olsalar, biz dünya nizamına malik ola bilmərik.
Odur ki, Qrenlandiyanı da heç bir ölkə öz ərazi böyüklüyündən istifadə edərək ələ keçirə bilməz”, - nazir deyib.
Bizim.Media