EN

Türkiyədə partiya sədri HƏBS EDİLDİ

Ankarada 'prezidenti təhqir etmək' ittihamı ilə barəsində başladılan istintaq zamanı saxlanılan Zəfər Partiyasının sədri Ümit Özdağ polis bölməsindəki proseslərdən sonra İstanbul Ədliyyə Sarayına köçürülüb.

OXU24.COM  xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.

Qeyd edilib ki, İstanbul Baş Prokurorluğunun Umit Özdağa qarşı başlatdığı istintaq "əhali arasında nifrət və düşmənçilik yaratmaq" ittihamı ilə genişləndirilib.

Xatırladaq ki, özdağ istintaq çərçivəsində Ankarada nahar etdiyi restoranda saxlanılıb və polis qrupları tərəfindən İstanbula aparılıb.

Chosen
27
oxu24.com

1Sources