Azərbaycan Basketbol Liqasında XII tura start verilib. Manset.az-ın məlumatına görə, günün yeganə matçında "Sərhədçi" "Abşeron" ilə üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun oyununda "Abşeron" 85:79 hesablı qələbəyə sevinib. Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq