EN

Şolts: Almaniya münaqişə bitdikdən sonra belə Ukraynanı silahlandıracaq...

Almaniya kansleri Olaf Şolts bildirib ki, Berlin münaqişənin başa çatmasından və sülh sazişinin imzalanmasından sonra da Ukraynaya görə məsuliyyət daşıyacaq...

Poliqon xəbər verir ki, Almaniya kansleri bu barədə “Funke” nəşrinə danışıb.

“İlk növbədə, Ukraynada müharibə başa çatsa, bu yaxşı xəbər olardı. Lakin bu halda belə, biz yenə də Ukraynanın təhlükəsiz gələcəyini təmin etməli olacağıq”, deyə Şolts bildirib.

Şolts qeyd edib ki, yaxın vaxtlarda Avropa müttəfiqləri arasında bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Kanslerin sözlərinə görə, müzakirələr təhlükəsizlik təminatları və Ukraynanın güclü ordusunu necə saxlaya bilmək ətrafında gedəcək.

Şolts onu da təkrarlayıb ki, Ukraynanın gələcəyi məsələsi Kiyevsiz həll edilməməlidir.

Poliqon.info

Chosen
6
41
poliqon.info

10Sources