Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənləri qəbul edib.
Â
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Â
Qeyd olunub ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar - görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Â
Vurğulanıb ki, DİN hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirləri diqqət mərkəzində saxlayır.
Â
Görüşdə zərərçəkənləri maraqlandıran suallar da cavablandırılıb.
Â
Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.