EN

İmişlidə qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

Bakı. Trend:

Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermişyol-nəqliyyat hadisəsində xəsarət alan məktəbli xəstəxanadaölüb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə,18 yanvar tarixindəİmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyathadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunanazyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq,22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydəalınıb.

Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağmil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərindətəktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonuyerləşdirilib. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəkiağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyonkraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsininUşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüscihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu ərazisində ölümlənəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYPavtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxmasınəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.Hadisə nəticəsində iki nəfər ölüb, əlavə iki nəfər, o cümlədən YPXavtomobilinin sürücüsü xəsarət alıb. YPX avtomobilinin qarşısınaçıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlıavtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. İlkinistintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlüBəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190”markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talamaməqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyatvasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkətiqaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsinisə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarəetdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yolnəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyənedilib. İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbsqətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Chosen
15
17
az.trend.az

10Sources