EN

Zahid Oruc yazır- İrəvan yolu Tiflis və Zəngəzurun ortasından keçir….

Yüz illərdir bölünən torpaqları birləşdirmək bütün region xalaqlarının sülh və əmimanalıqda yaşamasının tək şərtidir. Məhz ona görə də ölkə rəhbəri strateji proqram irəli sürdü, sitat:”həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi və təhlükəsizlik nöqteyi-nəzərdən vahid məkana çevrilməlidir, halbuki, bizim bölgüyə görə bu üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”. Göründüyü kimi, unikal tarix və coğrafiya duyğusudur. Əsrlərlə belə olub. Almaniyanı da Rurdan ayırmışdılar. Lakin iqtisadi, siyasi və mədəni üstünlük tarixi ədaləti bərpa etdi.
Ermənistanla layiq olduğu müharibə dövrünü arxada qoyaraq, sülhlə qazanma mərhələsinə keçməliyik. Prezidentin sərkərdəlik məharəti ilə Qarabağdan 300 km uzaqlıqda yerləşən torpaqların azad edilməsi həmin siyasətin tərkib hissəsi idi. Sülhün tərəfdarları və uğuru az deyil. Hər iki ölkə-Azərbaycan və Ermənistan qarşılıqlı olaraq, xarici siyasətlərindən bir-birini çıxarsalar, vakuuma düşərlər. Azərbaycan, artıq Ermənistan ola bilməz. Monoetnik coğrafiyalar təhlükəlidir. Təbiət kimi, cəmiyyət də harmoniyanı sevir.
Bizə “ermənisiz Azərbaycandan ermənisiz Qafqaz” siyasətinə keçməyi təklif edənlərin planları avantüradır. Regionu Yaxın Şərqin davamına, geosiyasi uzantısına çevirmək planı baş tutmayacaq.
Bəli, son 2 əsrdə ilk dəfədir ki, erməni amili dövlət quruculuğumuzda rol oynamır. İlham Əliyev tarixi kodu dəyişir. Biz Ermənistanın 100 illik təyinatını-Türkiyə və Azərbaycan arasında maneəyə çevrilmək potensialını dəyişməyi bacarsaq, sülh müharibəsini də udacağıq. Dünyada hamı ermənilərdən qazanır-bizdən başqa…
Əksinə düşünənlərin də arqumenti güclüdür-ortada qanlı düşmənçilik tarixi var. Bakıdan Ankaraya sülh keçidindən-“perekrostok mira”dan keçərək getsək, İrəvanın sahibi biz olacağıq!
Paşinyanın Zəngəzura qarşı layihəsi-İranı, Türkiyəni, Qərbi və Rusiyanı toqquşduran planını onun əlindən alıb uzunvədəli sülh strategiyası qurmağın tək yolu Prezidentin bəyan etdiyi kimi, Türkiyə və Azərbaycan arasında Ermənistanı maneəyə çevirməməkdir.
1-ci Pyotrdan sonra ermənilərin torpaqlarımıza köçü və milli dövlət quruculuğunun səbəbi-bufer zona reallığını aradan qaldırmaq tarixin gedişini dəyişdirmək deməkdir. Bir vaxtlar Qarabağın ətrafında yaradılan işğal zolağı necə məhv edilmişdisə, indi Qafqazın Ohanyan xətləri-qadağa və düşmənçilik nişanlarının da məhvi 100 illik düyünün kəsilməsidir!
Bəli, ideologiyalar düşmən hədəfli olmalıdır. Lakin məğlub Ermənistanın obrazı ilə onun obrazını təhlükə kimi təqdim mümkün deyil.
Biz, İrəvanı bağrımıza basmalıyıq!
O azərbaycanlı ruhunu Bakıdan çox özündə daşıyır!
Stalin dümənlərini qolları arasına aldığı kimi, Əliyev və Ərdoğan Paşinyanı qoruya bilər.
Onsuz da gürcülər yalnız öz arzularını sevir. Tək magistral olmaq onların qazancıdır. Lakin İrəvan yolu Tiflis və Zəngəzurun ortasından keçir, hamını birləşdirir!
Ən böyük Zəfər orduların döyüşmədən qazandığı qələbələrdir!
Zahid Oruc 
 Millət vəkili,  İnsan hüquqları komitəsinin sədri
Chosen
18
21
xalq.az

10Sources