EN

Üç rusiyalı məmur könüllü müharibəyə gedib

Rusiya Federasiyasının Buryatiya respublikasının üç məmuru xüsusi hərbi əməliyyatda (Rusiya-Ukrayna müharibəsi - red.) könüllü olmaq qərarına gəlib.

Herbiand.az bildirir ki, bu barədə respublikanın rəhbəri Aleksey Tsıdenov özünün Telegram kanalında məlumat verib.

Tsıdenov qeyd edib ki, söhbət onun müavinləri - Aldar Qulqenov və İvan Alxeyevdən gedir. Bundan əlavə, Buryatiyanın kənd təsərrüfatı naziri vəzifəsini icra edən Amqalan Darmaev də cəbhəyə getmək istəyib.

Vvilayət rəhbəri deyib ki, məmurlar Uzaq Şərq Federal Dairəsi tərəfindən yaradılan “Pələng” dəstəsinin tərkibinə qoşulacaqlar.

Tsıdenov məmurlara döyüş tapşırıqlarını yerinə yetirməkdə uğurlar arzulayıb: “Cəsarətli qərarınıza görə həmkarlarıma təşəkkür edirəm!”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources