Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə “SNN” agentliyi məlumat yayıb.
Bilidirilib ki, görüş zamanı tərəflər ikitərəfli əlaqələrin inkişafı və Cənubi Qafqazda baş verən son hadisələr haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Ş.Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Tehranda səfərdədir.
Xatırladaq ki, Ş.Mustafayev ötən gün İran prezidenti Məsud Pezeşkian ilə də görüşüb.
Daşqın HəsənovMissiya.Az