Aktual.az xəbər verir ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – "Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.