EN

“Xeyr, “istefa” şüarlarını biz səsləndirmədik” - “UltraSumqayıt”a mane olublar

“Sumqayıt” 19-cu turda evdə autsayder “Səbail”ə iki cavabsız qolla uduzdu. Yəni “dənizçilər” Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini qazandı. Oyunun gedişində sumqayıtlı azarkeşlərin klub rəhbərliyini istefaya səslədiyini xəbər vermişdik.

“İstefa” şüarını sizmi səsləndirdiz? Həqiqətən rəhbərlikdə günah görürsüzmü? Sizcə, Vaqif Cavadov komandanı avrokuboklara apara biləcək məşqçidimi? “Football-plus.az” bu sualları “UltraSumqayıt” azarkeş qrupunun rəhbəri Qüdrət Allahverdiyevə ünvanlayıb:

“Xeyr, “istefa” şüarlarını biz səsləndirmədik. “UltraSumqayıt”ın stadiona daxil olmasına istər polislər,istərsə də bəzi şəxslər çətinlik yaratdı. Buna baxmayaraq, tribunada öz yerimizi almışdıq. Nə klubun, nə də başqa şəxslərin köməyi olmadan hər kəs öz biletinin pulunu vermişdi. Avrokuboklara gəlincə... Turnir cədvəlinə baxsaq, bu mümkünsüzdü. Avrokuboklara qatılmağın bir yolu var, o da Sumqayıtda keçiriləcək ölkəkubokunun finalına vəsiqə qazanmaqdı” .

ƏSƏD SEYİDOV
Chosen
20
football-plus.az

1Sources