EN

Livanda daha bir “Hizbullah” lideri öldürüldü


Livanda “Hizbullah” qruplaşmasının liderlərindən biri Şeyx Məhəmməd Hammad naməlum şəxslər tərəfindən öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.
Məlumata görə, Livanın mərkəzində yerləşən Qərbi Bekaa bölgəsində siyasətçinin avtomobilinə silahlı hücum olub.
Belə ki, siyasətçinin olduğu avtomobil Maşqara kəndi yaxınlığında pusquya düşüb.
Hücum nəticəsində Həmmada altı güllə dəyib və o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər siyasətçini xilas edə bilməyiblər.
Hələlik heç bir silahlı qruplaşma sui-qəsd cəhdinə görə məsuliyyəti üzərinə götürməyib.
Chosen
16
yeniavaz.com

1Sources