EN

Bələdiyyə sədrinin məhkəməsinə şahidlərin məcburi gətirilməsi barədə qərar verilib

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi bildirilib.

Bu səbəbdən məhkəmə şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

Proses fevralın 12-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz əməlləri ilə bağlı araşdırma Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Chosen
8
3
aznews.az

4Sources