Xüsusi əməliyyat zonasına (Rusiya-Ukrayna müharibəsi - red.) süni intellektə malik üç min “Mikrob” kamikadze dron göndərilib.
Herbiand.az xəbər verir ki, bu barədə “Xalq cəbhəsi”indən (“Narodnıy front”) TASS-a bildirilib.
Qeyd edilib ki, süni intellektə malik dron operator tərəfindən ələ keçirildikdən sonra hədəfi avtonom izləməyə imkan verir. “Mikrob”un özü isə yüksək sürətlə və yüklərlə uça bilir.
Pilotsuz təyyarənin yaradıcısı Aleksandr Qryaznov iddia edir ki, “Mikrob”da müxtəlif modullar - termal görüntülər, radiotezlik cihazları quraşdırıla bilər.
Bəxtiyar CƏFƏRLİ