EN

İmişlidəki qəzada ölən məktəbli bir yaşında anasını itiribmiş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.
Onun anası Vahidə Ənvər qızı Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış - 2016-cı il fevralın 10-da xəstəlikdən vəfat edib.
Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.
Chosen
11
50
oxu.az

10Sources