EN

ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb (FOTO)

Bakı. Trend:

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşlarınınbilik və bacarıqlarını təkmilləşdirmək, onların əmək fəaliyyətinidövrün yeni çağırışları ilə uzlaşdırmaq üçün təşkil etdiyi“Liderliyin İnkişafı Proqramı "nı yekunlaşdırıb. Bu münasibətlə ADAUniversitetində proqramın bağlanış mərasimi keçirilib, 86iştirakçıya sertifikatları təqdim edilib.

Tədbirdə ADA Universitetindən Akademik işlər üzrə prorektorElkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramınınrəhbəri Aygün Hacıyeva çıxış ediblər.

Dövlət Vergi Xidmətindən rəis müavinləri Emil Qarayev və İlkinVəliyev, həmçinin İnsan resursları baş idarəsinin rəisi AytənKərimova fikirlərini bölüşüblər.

Çıxışçılar peşəkar mühitdə ortaya çıxan yeni tendensiyalar,idarəetmədə tətbiq edilən innovasiyalar və bunların fonundatəhsilin önəminə diqqət çəkiblər.

İctimai quruların, xüsusilə də DVX-nin insan resurslarınıninkişafına verdiyi önəm, mövcud idarəetmə sisteminin daimtəkmilləşdirilməsi istiqamətində atdığı addımlar müsbət hal kimiqiymətləndirilib.

Tədbir zamanı DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciətitəqdim edilib. Müraciətdə proqramın Dövlət Vergi Xidmətininfəaliyyətinin effektiv təşkilinə verdiyi faydaları sadalanıb.

Daha sonra proqram iştirakçıları qismində Elçin Bəylərov, SəbinəMirzəyeva, Toğrul Quliyev və Elxan Quliyev təəssüratlarınıbölüşərək proqramın insan kapitalının inkişafında yeni təcrübələr,səriştələr və müasir yanaşmalar aşıladığını vurğulayıblar.

Tədbir zamanı proqamı tədris edən təlimçilərdən ADA UniversitetiFondunun Prezidenti Natiq Hacıyev və Rəqəmsal inkişaf və nəqliyyatnazirinin müşaviri Rəşad Bayramov peşəkar kadr potensialınıngücləndirilmsində müasir bacarıqların əhəmiyyətinə toxunaraq, bubacarıqların ümumilikdə ölkənin iqtisadi inkişafına müsbəttəsirindən bəhs ediblər.

Qeyd edək ki, ötən ildən etibarən həyata keçirilən proqram 5modul üzrə dövlət və özəl sektoru təmsil edən onadək təcrübəliekspertlər tərəfindən tədris edilib. Həmin modullar liderlikbacarıqlarının inkişafı, komandanın səmərəli idarə edilməsi,konstruktiv rəy vermə və rəy alma, strategiyanın planlaşdırılmasıvə icrası, dəyişikliklərin idarə edilməsi kimi aktual mövzularıəhatə edib.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Chosen
35
az.trend.az

1Sources