İsrail əsgərləri İordan çayının qərb sahilində ən azı 25 fələstinlini həbs edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, həbslər Hebron, Bethlehem, Ramallah, Cenin, Tulkarm şəhərlərində baş verib və fələstinlilərin hüquqlarının pozulması ilə müşayiət olunub.
Bir gün əvvəl İsrail ordusunun mətbuat xidməti məlumat vermişdi ki, hərbçilər İordan çayının qərb sahilindəki Cenin şəhəri ərazisində “Dəmir Divar” adlanan genişmiqyaslı antiterror əməliyyatına başlayıblar.