“Bolonya”nın baş məşqçisi Vinçentso İtalyano Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Borussiya” ilə ev oyununu şərh edib.
Arena.az məlumat verir ki, “Bolonya” 2:1 hesablı əzmkar qələbə qazanıb.
“Bu, Çempionlar Liqasında mənim ilk qələbəmdir. Futbolçularım nəyin bahasına olursa olsun qalib gəlmək istəyirdilər. “Bolonya”, azarkeşlərinə bayram bəxş etmək istəyirdi. Arzumuz gerçəkləşdi. İndi mən çox məmnunam”, – UEFA-nın mətbuat xidməti italyan mütəxəssisdən sitat gətirir.
7 oyundan 5 xalla “Bolonya” Çempionlar Liqası Liqa mərhələsinin yarış cədvəlinin 27-ci pilləsində qərarlaşıb. Dortmund “Borussiya”sı isə 12 xalla 13-cü pillədədir.