Müğənni Səidə Sultan növbəti dəfə qalmaqallı paylaşım edib. Manset.az xəbər verir ki, o, ad çəkmədən efirə tez-tez çıxan bəzi müğənnilərə söz atıb: "Bizim televiziya kanallarımız və ora gələn dəstəsi 50 köpüy zövqsüzlüyü təbliğ edən, qapı-qapı kanalları gəzən, bir verilişə həftədə üç dəfə çıxan, ac, gözləri doymayan efir acları. Təklif edirəm ki, bu görməmiş efir aclarını kanallar öz işçisi kimi işə götürsünlər. Sizdə rahat- rahat gedin dincəlin. Müğənni də var ki, adam tapmayanda bir saat qalmış onu çağırırlar. Sənətlə bağlı soruşsalar səsidə çıxmayacaq, durub baxacaq üzünə”.