"Seltik"in mətbuat xidməti 38 yaşlı danimarkalı qapıçı Kasper Şmeyxellə müqavilənin 2026-cı ilə qədər uzadıldığını açıqlayıb. Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin yayında Şmeyxel "Seltik"in oyunçusu olub. O, 34 matçda iştirak edib. "Seltik" hazırda 23 matçdan sonra 60 xalla Şotlandiya Premyer Liqasının cədvəlinə başçılıq edir. Çempionlar Liqasında komanda 6 oyundan 9 xal toplayaraq 23-cü orta pillədə qərarlaşıb. "Seltik"ə keçməzdən əvvəl Şmeyxel uzun müddət "Lester"də oynayıb və burada 500-ə yaxın matçda iştirak edib.