EN

İqtisadiyyat naziri və SOCAR-ın prezidenti bp şirkətinin vitse-prezidenti ilə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıblar

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidentiRövşən Nəcəf bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçıvitse-prezidenti ilə səmərəli əməkdaşlığı və birgə fəaliyyətistiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.

Trend xəbər verir ki, bubarədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəkihesabında qeyd edib.

"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti RövşənNəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçıvitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətinyaşılenerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəliəməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsibarədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.

Chosen
22
11
az.trend.az

2Sources