Avropa Parlamenti (AP) Belarus hakimiyyətinə qarşı yeni sanksiyalar və yanvarın 26-da keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması barədə Avropa İttifaqına (Aİ) çağırışı nəzərdə tutan qətnamə qəbul edib.
Viral.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilib.
Parlament Aİ-ni, üzv dövlətləri və beynəlxalq ictimaiyyəti səsvermədən sonra Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırıb.
Son Yazılar:
- Avropa Parlamenti Belarusda keçiriləcək prezident seçkilərini tanımamağa ÇAĞIRDI
- Sahibə Qafarova İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə GÖRÜŞDÜ
- Almaniyada parkda bıçaqlı hücum oldu, iki nəfər öldü
Belarus Xarici İşlər Nazirliyi yanvarın 22-də Aİ-nin seçkilərin tanınmaması ilə bağlı əvvəlcədən hazırlanmış bəyanatının olduğunu bildirib və bunu ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb.