Amerikalı bloger Leks Fridman Rusiyaya gələcəyinə və prezident Putindən müsahibə alacağına söz verib.
Bloger bu barədə teleaparıcı Co Roqanın YouTube kanalının efirində bildirib.
“Mən Vladimir Putindən müsahibə almaq üçün Rusiyaya gedəcəm”.
O, bunun nə vaxt baş verəcəyi və Rusiya liderinin onunla görüşmək istəyib-istəməyəcəyi haqda heç nə deməyib.
Fridman ABŞ-ın hazırkı prezidenti Donald Tramp, iş adamı İlon Mask, media maqnatı Mark Zukerberq və kinorejissor Oliver Stoun kimi məşhur insanlardan müsahibə alıb.
Yanvar ayında isə Ukrayna lideri Volodimir Zelenski blogerə üç saatlıq müsahibə verib.
Müşviq Tofiqoğlu
Mənbə: globalinfo.az