Bakı. Trend:
Burkina-Faso Prezidenti İbrahim Traore müstəmləkə dövrünə aidsimvolik ünsürlərin, o cümlədən hakimlərin parik taxmasının qadağanedilməsi barədə qərar verib. Bu addım ölkədə daha geniş mədəniintibah və müstəmləkəsizləşdirmə siyasətinin bir hissəsi kimiqiymətləndirilir.
Trend xəbər verirki, Prezident Traore bu qərarla məhkəmə sistemində və mediasahəsində müstəmləkə təsirlərinin aradan qaldırılmasına diqqətçəkib. O, Burkina-Fasonun mədəni irsini önə çəkən vəmüstəmləkəçilik ənənələrini pozan yeni təcrübələrin tətbiqininvacibliyini vurğulayıb.
Səlahiyyətlilər bu qərarı müstəmləkə keçmişinin simvollarınıləğv etməyə yönəlmiş daha geniş islahatların bir hissəsi kimiqiymətləndirir. Burkina-Faso, Mali və Niger kimi ölkələr dəFransanın müstəmləkə mirasına qarşı mübarizədə oxşar addımlarataraq mədəni və inzibati dəyişikliklər həyata keçirirlər.
Müstəmləkə dövrünə aid pariklər, uzun illər boyunca Afrika hüquqsistemlərində xarici təsirin simvolu hesab edilib. Burkina-Fasoindi yerli ənənələrə üstünlük verərək bu cür qalıqları aradanqaldırmağa qoşulur.
Qeyd edək ki, Prezident İbrahim Traore 2022-ci ilin sentyabrındahakimiyyətə gəldikdən sonra ölkənin suverenliyini idarəçilikprinsipi kimi ön plana çəkib. O, Fransa ilə 1961-ci ildə bağlanmışhərbi müqaviləni ləğv edib və fransız qoşunlarının ölkədənçıxarılmasını tələb edib.
Bundan əlavə, Burkina-Faso, Niger və Mali 2024-cü ildən qüvvəyəminmiş Sahel Dövlətləri Alyansını (AES) yaradaraq, Fransanıntəsirinə qarşı birlik nümayiş etdiriblər. Bu alyans müstəmləkəkeçmişinə qarşı mübarizədə region ölkələrinin artan həmrəyliyiniəks etdirir.