İnstitut "Real TV"-yə 49 560 manat ödəyəcək - 15 dəqiqəlik xəbərə görə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu Real Təhlil İnformasiya Mərkəzi MMC-yə (REAL TV) 49 560 AZN ödəyəcək.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki, bu məbləğ televiziyada "Real intervyu" verilişində (15-18 dəqiqə) yayım xidmətinə görə köçürülür.