EN

Nazim Mövsümov Moskvanın Savyolovski bazarını aldı

Yazını böyüt
Yazını kiçilt

Moskvanın şimalında yerləşən Savyolovski bazarı əl dəyişdirib.

Hafta.az-ın “RBC”ya istinadən yazdığına görə, bazarın yeni sahibi keçmiş senator və iş adamı Viktor Picuqovun ortağı Nazim Mövsümovdur. Yanvarın 13-də sövdələşmə başa çatdıqdan sonra Mövsümov bazarı və onun altındakı torpaq sahəsini özündə birləşdirən “Business Investments” şirkətinə nəzarəti ələ keçirib. Bazarın keçmiş sahibi Yunan Kiprində yerləşən Toloro Limited şirkəti idi.

Savyolovski bazarı 57700 kvadratmetr sahəyə malikdir və 2012-ci ildən ticarət kompleksi kimi fəaliyyət göstərir. Bazar elektronika, geyim və uşaq məhsullarından tutmuş idman avadanlıqlarına qədər müxtəlif məhsulların satıldığı mərkəz kimi tanınır. 1998-ci ildə Moskvanın ən böyük elektron məhsul bazarlarından biri kimi açılan Savyolovski zamanla konseptini dəyişərək müasir ticarət mərkəzinə çevrilib.

Moskva Bələdiyyəsi bazarın yerləşdiyi ərazi üçün yeni tikinti planını 2023-cü ilin oktyabrında təsdiqləyib. Plan çərçivəsində 7,5 hektar sahədə ümumi sahəsi 187300 kvadratmetr olan kompleks tikiləcək. Kompleksdə ticarət mərkəzi, ofis otaqları və otel olacaq. İnvestisiya dəyərinin 35-40 milyard rubl arasında olacağı təxmin edilir.

Yeni sahibi Mövsümovun və layihənin təfərrüatları hələ açıqlanmasa da, ekspertlər bu bölgənin Moskva üçün mühüm nəqliyyat və ticarət mərkəzi olduğunu vurğulayırlar. Savyolovskinin müasir struktura çevrilməsinin həm investorlar, həm də bölgə sakinləri üçün böyük imkanlar açacağı gözlənilir.

Chosen
10
hafta.az

1Sources