2024-cü ildə Azərbaycandan 113 milyon 664 min dollar dəyərində 154 min 283 ton xurma ixrac edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
2023-cü ildə Azərbaycandan 127 milyon 194 min dollar dəyərində 164 min 905 ton xurma ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan xurma ixracı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 13 milyon 530 min dollar və ya 10,6%, miqdar ifadəsilə 10 min 622 ton və ya 6,4% azalıb.